Amerikalıların yarıdan çoxu (53%) Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Washington Post” və “ABC” telekanalı tərəfindən aparılan sorğuya əsasən, prezidentin təsdiq reytinqi vəzifəyə gəldikdən sonra yeni antirekorda çatıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 41%-i Baydenin işini dəstəkləyib. Yarıdan azı (39%) onun iqtisadi sahədə fəaliyyətini müsbət qiymətləndirib, 55%-i isə bəyənmədiyini bildirib. Hazırkı prezidentin koronavirusla mübarizə tədbirlərini rəyi soruşulanların 47%-i dəstəkləyib, 49%-i isə əleyhinə çıxıb.
Respondentlərin 35%-nin fikrincə, vəzifədə olduğu 10 ay ərzində Bayden “çox” və ya “kifayət qədər” nailiyyətlər əldə edib, 63%-i isə “az” və ya “praktiki heç nə” əldə etmədiyinə inanır. Respondentlərin təxminən üçdə biri (31%) hesab edir ki, siyasətçi seçkilərdə verdiyi vədlərə əməl edir, respondentlərin 51%-i əks fikirdədir.
Xatırladaq ki, sorğu 7-10 noyabr 2021-ci il tarixlərində telefonla keçirilib, səhv marjası 3,5 faiz bəndidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB