Kabildə partlayış nəticəsində 1 nəfər ölüb

Kabildə partlayış nəticəsində 1 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

SİA-nın məlumatına görə, bunu "Taliban" hərəkatının rəsmi nümayəndəsi İnamulla Samanqani deyib.

Onun sözlərinə görə, minik avtomobilinin partlaması nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.

Bildirilir ki, faktla bağlı araşdırma aparılır, partlayışın səbəbi müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə