Belarusla sərhəddə Polşa əsgəri həlak olub

Belarusla sərhəddə Polşa əsgəri həlak olub

Polşa ordusunun əsgəri Belarusla sərhəddə bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə Polşa ordusunun 17-ci mexanikləşdirilmiş briqadasının komandanlığının bəyanatında deyilir.

Bildirilib ki, hadisədə üçüncü şəxslər iştirak etməyib.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə