Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları ona dəstək məqsədilə növbəti aksiya keçirirlər. SİA xəbər verir ki, Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşıblar.
Hazırda parlamentə bitişik Rustaveli prospekti bağlanmayıb. Hadisə yerinə patrul polis briqadaları səfərbər edilib. Aksiya iştirakçıları tərəfdarlarının gəlməsini gözləyirlər.
Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri, Saakaşvilinin həbsxana xəstəxanasından multidissiplinar mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.
Xatırladaq ki, bir qədər əvvəl “Milli Hərəkat” partiyasının sədri Nika Melia Saakaşviliyə dəstək aksiyalarının müddətsiz olacağını, onların hər gün paytaxtın müxtəlif yerlərində keçirildiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB