Qazaxıstan Prezidenti Türkiyə ilə bağlı fikirlər söyləyib

Qazaxıstan Prezidenti Türkiyə ilə bağlı fikirlər söyləyib

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev Türk Şurasının statusunun və təsirinin ildən-ilə gücləndiyini bildirərək, türk dünyasının geosiyasi perspektivindən düzgün istifadə edilməli olduğunu və bunun çox vacib olduğunu bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Demokratiya və Azadlıqlar Adasında keçirilən Türk Şurası Dövlət Başçıları Zirvəsi çərçivəsində “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda çıxış edib. Tokayev ekoloji böhranın qlobal miqyas aldığı bu dövrdə Türk Şurasına üzv dövlətlər arasında birgə araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə