Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məscidin partladılması ilə bağlı saxlanılanların sayı 3 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbiullah Mücahid Twitter-də yazıb.
Qeyd edək ki, bir qədər əvvəl partlayışda şübhəli bilinən iki nəfərin saxlanılması barədə məlumat verilmişdi.
“Nanqarhar əyalətinin Spingar bölgəsinin Tarli rayonundakı məsciddə dünən baş vermiş partlayışın üç günahkarı saxlanılıb”, deyə Zəbiullah Mücahid bildirib.
Xatırladaq ki, cümə günü “Agence France-Presse” bir həkimə istinadən Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məsciddə baş verən partlayış nəticəsində 3 nəfərin öldüyünü, 15 nəfərin yaralandığı barədə məlumat yayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB