İtaliyada yeni növ koronavirus (Covid-19) epidemiyasında son 24 saatda 68 nəfər ölüb. SİA xarici mətbuata istinadən bildirir ki, ölkədə son 24 saat ərzində aparılan 498 min 935 test nəticəsində 8 min 516 nəfərdə Covid-19 aşkarlanıb. Beləliklə, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından indiyədək yoluxanların ümumi sayı 4 milyon 843 min 957-yə çatıb.
Ölkədə aktiv Covid-19 xəstələrinin sayı 110 min 659-a yüksəlib. İtaliyada son 24 saatda virusdan ölənlərin sayı 68 nəfər artaraq 132 min 686 nəfərə çatıb. Sağalanların sayı isə 4 min 715 artaraq 4 milyon 600 min 612-yə çatıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB