Myanmadakı vəziyyətlə bağlı narahatlıq

BMT rəsmisi: “Myanmada 126 jurnalist saxlanılıb, 47 nəfər hələ də həbsdədir”
Myanmadakı vəziyyətlə bağlı narahatlıq

"BMT Myanmadakı vəziyyətlə bağlı dərin narahatlıq keçirir. Fevralın 1-dən indiyədək Myanmada ən azı 126 jurnalist, media rəsmisi hərbçilər tərəfindən saxlanılıb, onlardan 47-si hələ də həbsdədir. Bu şəxslərdən 20 nəfəri jurnalist kimi fəaliyyət göstərdiklərinə görə cinayətdə ittiham olunurlar. Doqquz media orqanının lisenziyası ləğv edilib, daha iyirmi media qurumu fəaliyyətini dayandırılıb”.

Bu fikirləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq mətbuat konfransında deyib.

F.Haq BMT-nin insan hüquqları üzrə Ali komissarı Mişel Baçeletin bununla bağlı hesabatını açıqlayıb: “Mişel Baçelet bildirir ki, mayın 25-dən Myanmada həbsdə olan jurnalist Deni Fenster ədalətsiz məhkəmə prosesindən sonra bu gün 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun vəziyyəti əslində ölkədə davamlı repressiyalarla üzləşən jurnalistlərin daha geniş vəziyyətinin rəmzidir. Ali Komissarın sözlərinə görə, ordu rəhbərliyi açıq şəkildə jurnalistlərin Myanmada baş verən ciddi insan haqları pozuntuları, habelə rejimə qarşı müqavimətin miqyası barədə məlumat vermək cəhdlərini əngəlləməyə çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə