Avrozonada ölənlərin sayı sürətlə artır

Avropada yeni növ koronavirusa (Covid-19) görə ölənlərin sayı bir həftə əvvələ müqayisədə 10 faiz, yoluxma sayı isə 7 faiz artıb.
Avrozonada ölənlərin sayı sürətlə artır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bu barədə ətraflı məlumatlar verilib. Bildirilir ki, 2021-ci ilin noyabr ayının ilk həftəsində dünyada virusa yoluxma hallarında 1 faiz artım qeydə alınıb (3,1 milyondan bir qədər çox yeni yoluxma halı qeydə alınıb). Avropa zonasında əvvəlki həftə ilə müqayisədə hadisə sayı 7 faiz artarkən, digər bölgələr azaldığına və ya sabit tendensiyalar müşahidə olduğuna, ölüm sayının isə Avropa Regionunda 10 faiz artdığına, digər bölgələrdə azaldığına diqqət çəkilib. Qlobal miqyasda isə əvvəlki həftə ilə müqayisədə ölüm nisbətinin 4 faiz azalaraq 48,000 olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə