Mali Rusiyadan kömək istəyib

Mali hakimiyyəti dövlətin mövcudluğuna olan təhdidlərlə bağlı Rusiyaya kömək üçün müraciət edib. SİA xəbər verir ki, bunu xarici işlər naziri Abdoulay Diop Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqları zamanı deyib.

"Ölkəmiz hər dəfə çətin vəziyyətdə olanda Rusiya həmişə orada olub, kömək edib və dəstəkləyib. İndi biz belə çətin, ağır vəziyyətdəyik və ona görə də kömək üçün dostumuza müraciət edə bilərik. İndi Mali dövlətinin mövcudluğu təhdid altındadır”, deyə Malinin naziri bildirib.

Xatırladaq ki, Mali son iki ildə düz iki hərbi çevriliş yaşayıb və bu, həm siyasi sabitliyə, həm də dövlətin milli təhlükəsizliyinə təsir edib. Bir il əvvəl İbrahim Bubakar Keyt hakimiyyətdən uzaqlaşdırılıb və yerinə Ba Ndao təyin edilib. Daha sonra Ndao da prezidentliyini itirib. Maliyə hazırda Assimi Qoita Respublikasının vitse-prezidenti rəhbərlik edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə