Atatürkün xatirəsi Tbilisidə ehtiramla anılıb

Atatürkün xatirəsi Tbilisidə ehtiramla anılıb

Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkün xatirəsi Gürcüstanın paytaxtı Tbilisidə də ehtiramla anılıb.

SİA xəbər verir ki, noyabrın 10-da Türkiyə Respublikasının Gürcüstandakı səfirliyində anım mərasimi keçirilib.

Mərasimdə siyasi liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Fatma Ceren Yazqan çıxış edərək bildirib ki, Atatürk ömrünü və həyatını millətinin və vətəninin müstəqilliyi uğrunda mübarizəyə həsr edib. Dahi lider apardığı hər bir mübarizəni hərbi və siyasi istedadı ilə zəfərlə taclandıraraq adını türk və dünya tarixinə qızıl hərflərlə həkk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə