İran Ərəb dənizində "neft oğurluğu" iddiası ilə iki həftə əvvəl saxladığı Vyetnamın neft tankeri “SOTHYS”-i azad edib.
İran Vyetnam tankerini buraxdı

SİA bu barədə türk mətbuatına istinad edir. Belə ki, İran neftini oğurladığı iddiası ilə İslam İnqilab Keşikçiləri korpusu tərəfindən nəzarətə alınan tanker sərbəst buraxılıb. Gəmidəki 26 nəfərdən ibarət heyət haqqında məlumat paylaşılmayıb.

Xatırladaq ki, İran oktyabrın 25-də Ərəb dənizində Vyetnama məxsus neft tankerini ələ keçirdiyinə dair görüntüləri noyabrın 3-də paylaşmışdı.

İran İnqilab Keşikçiləri Korpusu isə mövzu ilə bağlı verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarının (ABŞ) "İran neftini oğurlamağa cəhd etdiyini" irəli sürərək, neftin doldurulduğu tankeri ələ keçirdiklərini bildirdi. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi İran İnqilab Keşikçiləri Korpusunun iddiasının həqiqəti əks etdirmədiyini açıqladı. Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Pham Thu Han isə noyabrın 4-də verdiyi açıqlamada ələ keçirilən Vyetnam bayraqlı tankerlə bağlı İranla əlaqə saxlandığını və hadisənin yaxından izləndiyini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə