Buenos-Ayresdə yaşayan məşhur uruqvaylı aktrisa və müğənni Natalia Oreiro Rusiya pasportu alıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, mərasim Rusiya səfirliyində baş tutub.
Pasportu aktrisaya Rusiya Federasiyasının Argentinadakı səfiri Dmitri Feoktistov Rusiya diplomatik missiyasının binasında təqdim edib.
Xatırladaq ki, oktyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Oreyroya Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb. Aktrisa andı rus və ispan dillərində oxuyub.
Oreiro rus dilində "Təşəkkür edirəm, çox şadam" deyib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB