Aİ Belarusa təsir göstərmək çağırışı edib

Aİ Belarusa təsir göstərmək çağırışı edib

Avropa İttifaqı Rusiya Federasiyasından bu ölkə vasitəsilə Aİ-yə gedən miqrantlarla bağlı problemi həll etmək üçün Belarusa öz təsirindən istifadə etməyi xahiş edir. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin sözçüsü Piter Stano mətbuat konfransında söyləyib.

“Avropa İttifaqı adından Rusiyaya çağırışımızı təkrar edəcəyəm ki, Belarusa öz təsirindən, Rusiya Federasiyası ilə Belarus arasında bir çox sahələrdə sıx əlaqələrdən istifadə etsin ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu fəaliyyəti dayandırsın”, deyə o miqrantların problemi barədə danışıb.

Xatırladaq ki, Avropa İttifaqının rəhbərliyi dəfələrlə bəyan edib ki, Belarus hakimiyyəti Aİ-də vəziyyəti sabitləşdirmək üçün başqa dövlətlərdən birliyə Belarus vasitəsilə gedən miqrantlardan istifadə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə