Erməni etirafı: demoqrafik fəlakətlə üz-üzəyik

Doğulduğu yerdən asılı olmayaraq, erməni elə ermənidir
Erməni etirafı: demoqrafik fəlakətlə üz-üzəyik

...Daha bu qədər də olmaz axı. Nikolu Ermənistanda hakimiyyəti ələ keçirmiş qeyri peşəkar siyasətçi kimi təqdim edirsiniz, yaxşı, bunu qəbul etmək olar. Onu Ermənistan ordusunu “zəlil günə” saldığına görə, bu gün nə eməni sərhədlərini, nə də erməni vətəndaşlarını qoruya bilməməkdə ittiham edirsiniz, tərəddüdlə də olsa, bunu da qəbul edirik.

Daha erməni qadınlarının dünyaya uşaq gətirməməsində və ya gətirə bilməməsində Nikolu günhlandırmaq...artıq bu absurddur. Belə də olmaz axı. Gərək ki, o vaxt “erməni zənən batalyonu” yaradan Annanın Nikolla bağlı batalyon üzvlərinə etdiyi bəzi etirafları, yəqin ki, unutmamısınız. Sonradan Annanın “komandiri olduğu” batalyon üzvlərindən özünə yaxın bilib ürək açdığı qadınlardan bir neçəsi onun Nikolla bağlı bütün sirlərini açıb faş elədilər. Nə isə, bu artıq “ər-arvad” məsələsidir deyə, açıb ağartmayaq.

Məncə, bu gün sizin “biz demoqrafik fəlakətlə üz-üzəyik” deyib təlaş keçirməniz yersizdir. Amma nə yaxşı ki, aranızda elə də dərin bədbinliyə qapılmayanlar var. Onlar da “böyük uzaqgörənliklə” bu gün Ermənistandakı demoqrafik fəlakəti daha çox müharibə, koronavirus epidemiyası və mühacirətlə əlaqələndirirlər.

Təbii ki, siz burada müharibəni başadüşülən kimi qəbul edirsinizsə, onda gərək koronavirus epidemiyasını da qəbul etməlisiniz. Yadınızda olar, koronavirusun dünyada start götürdüyü günlər. Həmən vaxtın əsas şüarını da unutmamış olmazsınız: məsafə saxlamaq. Belə görünür ki, erməni ər və arvadlar da bu şüara ciddi riayət edirmişlər. Təbii ki, bu ermənilərin “qədim və müdrik” bir hay olaraq başqa sahələrdə olduğunuz kimi, burada qanununlara dəqiq riayət etməsinə dəlalət edir.

Buna baxmayaraq, bu gün müharibədən sonra ölkədə doğum nisbətinin artmasına da ümidinizin olmadığını deyirsiniz. O vaxt, birinci Qarabağ döyüşlərindən sonra da Ermənistanda doğum səviyyəsində müsbət artım olmadığını da gizlətmirsiniz. Amma həmin vaxtlar üçün, indikindən fərqli olaraq günhkar göstərmirsiniz.

Amma indi, müxtəlif hesablamalara fakt kimi göstərərək, müharibənin 7-8 min erməni gəncinin həyatına son qoyduğunu etiraf edirsiniz. Koronavirusdan ölənlərin sayına görə, Ermənistanın regionda birinci, dünyada isə liderlərdən biri olduğunu deyirsiniz. Hələ bir, bu gün bütün ölkə xəstəxanalarında bir dənə də pulsuz çarpayı olmadığına görə, ölümlərin sayının sürətlə artmaqda davam edəcəyini də gizlətmirsiniz. Burada Ermənistanın Statistika Komitəsinin məlumatına istinad edib bu il ölkədə ölənlərin sayının əvvəlki illərlə müqayisədə 10 faiz artdığını deyirsiniz. Ölənlərin daha çox ürək-damar sistemi xəstəliklərindən baş verdiyini bildirirsiniz.

Amma mənə maraqlıdır ki, burada da günahkar kimi Nikolu görürsünüz. Bir müddət bundan əvvəkl bəzi erməni gənclərinin Ermənistanda dünyaya uşaq gətirmək istəmədiklərini və elə ona görə də ölkədən getdiklərini deyirdiniz.

“Paşinyan və onun dəstəsi hakimiyyətdə olduğu müddətdə ölkədən əhalinin axını yalnız artacaq”. Bunu da siz deyirsiniz. Sual olunur, məgər Robert Koçaryan və ya Serjik Sarkisyan hakimiyyətdə olanda ermənilər ölkədən qaçmırdılar? Məgər, ölkədən qaçanların artım çoxluğuna sevinib “...əhalisi az ölkənin probleminin də az olduğunu” Serjik demirdimi?

Ona görə də, başqa problemlərlə yanaşı, indi sizin erməni arvadlarının dünyaya uşaq gətirməməsindən əndişələnməniz, yersizir. Çünki erməni qadınlarının dünyanın hansı bir yerində dünyaya uşaq gətirməsinin elə də bir önəmi yoxdur, yəni harada doğulmasından asılı olmayaraq, erməni elə ermənidir.

...İstəsəniz, bunula bağlı nə qədər fakt söyləyə bilərəm.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə