Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib

Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat verib.

Məlumata görə, terrorçular “Eren Kış-1” antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib.

Bölgədə əməliyyatlar davam edir.

Qeyd edək ki, “Eren Kış” antiterror əməliyyatının birinci mərhələsi dünən başlayıb. PKK terrorçularına qarşı əməliyyat polis və jandarma xüsusi təyinatlılarının 1 550 əməkdaşının iştirakı ilə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB