Vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 3 ayda 170 mülki vətəndaş həyatını itirib. SİA bu barədə türk mətbuatına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki Humanitar Koordinasiya Ofisinin(OCHA) sosial media hesabında ölkədəki vəziyyətlə əlaqəli açıqlama verilib. Qeyd edilib ki, ölkədəki qarşıdurmalardan ən çox dinç əhali təsirlinir. Cari ilin üçüncü rübündə (iyul, avqust və sentyabr) silahlı qarşıdurmalar nəticəsində 170 mülki şəxs həyatını itirib. Dinc əhalidən 359 nəfər yaralanıb.
Ölkədə baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürən tərəf yoxdur. Qeyd edək ki, 2014-cü ilin sentyabrından Yəməndə İranın dəstəklədiyi husilər paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Ölkədə 7 ildir davam edən qarşıdurmalarda 230 mindən çox insan həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB