Türkiyənin də olduğu 12 ölkənin dəstəyi ilə səhiyyə sektorunu gücləndirmək məqsədi ilə Qəzzaya 27 təcili yardım maşın göndərilib.
12 ölkədən Qəzzaya yardım

2009-cu ilin noyabr ayından etibarən ərəb və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Qəzzaya humanitar yardım edən “Miles of Smiles” karvanı Refah Sərhəd Qapısından keçərək 27 təcili yardım maşınını təhvil verib. SİA bu barədə türk mətbuatına istinad edir.

Karvanın mətbuat koordinatoru Abdullah əl-Həccar, yardımı maliyyələşdirən ölkələr arasında Türkiyə, Amerika Birləşmiş Ştatları (ABŞ), Yeni Zelandiya, Kanada, İndoneziya və Əlcəzairin olduğunu bildirdi. İordaniyanın da təmin etdiyi 10 təcili yardım maşınının yaxın günlərdə Qəzzaya çatacağını ifadə edən Həccar, bu vasitələrin xüsusilə böhran dövründə səhiyyə sektorun gücünü artıracağını, vətəndaşlara daha yaxşı xidmət çatdıracağını göstərəcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, İsrail ordusunun mayın 10-da Qəzza zolağına başladığı və Həmas atəşkəs razılaşmasının imzalanması ilə 24 Mayda sona çatan hücumlar zamanı 24 sağlamlıq mərkəzinə ziyan dəyib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə