Fransa və Almaniya "Normand formatı" nazirlər görüşünün yekun sənədi ilə bağlı Rusiyanın təkliflərinə cavab verilib və məqsəd bu görüşü mümkün qədər tez təşkil etməkdir. SİA xəbər verir ki, bu sözləri çərşənbə axşamı keçirilən brifinqdə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniya və Fransanın təklif etdiyi kimi, noyabrın 11-də “Normand formatı”nda xarici işlər nazirlərinin görüşünün keçirilməsi qeyri-mümkündür.
Birincisi, onun qrafikinə görə, ikincisi, orada görüşün yekun sənədi ilə bağlı Rusiya Federasiyası təkliflərinə heç bir reaksiya yoxdur.
"Fransa və Almaniya Rusiyanın təkliflərinə cavab veriblər. Onlar Normandiya formatında nazirlər görüşünün təşkilini təklif edirlər, hansıki, Rusiya XİN-in bundan imtina edib. Məqsədimiz fikir ayrılıqlarını aradan qaldırmaq və yeni görüş vermək üçün mümkün qədər tez Normandiya formatında nazirlər görüşünü təşkil etməkdir. Bu, danışıqlara siyasi təkandır”, deyə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Lavrovun sözlərini şərh edərkən bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB