Qiymət qalxması səbəbindən qaçılmaz fəlakət barədə XƏBƏRDARLIQ OLUNUB
Ukraynadakı ağır enerji vəziyyəti ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq. SİA xəbər verir ki, bu sözləri Ukraynanın Kommunal Təsərrüfat İstehlakçıları İttifaqının rəhbəri Oleq Popenko golos.ua xəbər portalının təşkil etdiyi mətbuat konfransında söyləyib.
"Bütün bunlar necə başa çatacaq? Sürətli işıqların kəsilməsi ilə mütləq sona çatacaq. Mən sadəcə daha apokaliptik proqnozlar vermək istəmirəm. Mən demək istəyirəm ki, bu, müəyyən qismən texnogen fəlakətlərə səbəb ola bilər. Bu, Ukraynanın müəyyən dərəcədə çöküşünə səbəb olacaq”, deyə ekspert izah edib.
Popenkonun sözlərinə görə, heç bir Ukrayna müəssisəsi tariflərin qalxmasına tab gətirməyəcək, çünki ölkə iqtisadiyyatı ucuz elektrik enerjisinə əsaslanır.
Mütəxəssis vurğulayıb ki, energetika sahəsində mövcud böhrana görə dövlət məsuliyyət daşıyır. O, Ukrayna hökumətini uzunmüddətli siyasətin olmamasında və ölkənin enerji kompleksinin necə işlədiyini başa düşməməkdə ittiham edib.
Xaıtladaq ki, Ukraynada bu ilin payızında elektrik enerjisi istehsalı üçün zəruri olan enerji resurslarının çatışmazlığı yaranıb. Digər məsələlərlə yanaşı, bu, qazın qiymətinin kəskin artması, eləcə də kömür qıtlığı ilə əlaqədardır, buna görə də Ukraynada İES-in bir hissəsi dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB