İsrail polisi ən böyük yeraltı silah ticarəti şəbəkəsini ləğv edib. SİA xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyat cinayət strukturunda işə götürülmüş agent sayəsində baş tutub.
“Bu gün səhər saatlarında sərhəd polisi və xüsusi təyinatlılar da daxil olmaqla 1600 polis əməkdaşı reyd keçirərək 25 yaşayış məntəqəsindən 64 şübhəlinin tutulması üçün əməliyyat keçirib”, deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə İsrailə gətirilən və ya hərbi bazalardan oğurlanan xeyli miqdarda silah və sursat ələ keçirilib. Əməliyyat 2020-ci ilin avqustunda polis tərəfindən cinayətkar dəstəyə cəlb edilmiş üzv tərəfindən mümkün olub. Son bir il ərzində o, pulemyot, avtomat, tapança da daxil olmaqla ümumilikdə təxminən 4 milyon dəyərində silah və sursatın alınması üzrə 48 əməliyyat həyata keçirilib. İsrail mediası yeraltı şəbəkənin saxlanılan üzvləri arasında İsrail ordusunun üzvlərinin də olduğunu yazır.
"Bu, təxminən iki il əvvəl ölkənin şimal bölgəsində hazırlamağa başladığımız gizli əməliyyatdır. Biz cəmiyyətin ərəb sektorunda zorakılıq və cinayətlə hər vasitə ilə mübarizə aparırıq", deyə polisin mətbuat xidməti super-kvartirmester Şimon Lavinin dediklərindən sitat gətirib.
Xatırladaq ki, polis, bu əməliyyatın İsrail tarixində həbs edilmiş insan alverçilərinin və ələ keçirilən silahların sayına görə ən böyük əməliyyat olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB