Polşa Belarusu ittiham edib MİQRANTLARA GÖRƏ

Polşa Belarusu ittiham edib MİQRANTLARA GÖRƏ

Belarus hökuməti prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyalara cavab olaraq Aİ sərhədlərində sabitliyi pozmaq üçün qaçqınlardan istifadə edir. SİA xəbər verir ki, bu sözləri Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç deyib.

Belarus hakimiyyəti isə miqrasiya böhranı yaratmaq ittihamlarını rədd edir. Ölkə prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qeyri-qanuni miqrant axınının qarşısını almayacaq. Belarus sərhədçiləri Litva, Polşa və Latviya tərəfindən miqrantların Belarus ərazisinə zorla qovulması barədə dəfələrlə bəyan ediblər.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib ki, Minsk şübhəsiz ki, Polşanın sərhədində qaçqınlarla bağlı vəziyyəti qanuni şəkildə saxlamaq üçün bütün tədbirləri görür və onların sərhədi keçməsi ehtimalından narahatdır və Rusiya sərhəddi nəzərə alınır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə