Saakaşvili klinikanın əməkdaşlarını təhqir edib

Saakaşvili klinikanın əməkdaşlarını təhqir edib

Uzun müddət aclıq aksiyasından sonra həbsxana xəstəxanasına köçürülən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibb işçilərini təhqir edib və bahalı avadanlıqları zədələyib.

Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Mixail Saakaşvili 18 saylı müəssisəyə yerləşdirildikdən sonra o, penitensiar müəssisənin əməkdaşlarını fiziki formada və sözlərlə təhqir edib, həmçinin bahalı tibbi avadanlıqları zədələyib”, – deyə nazirliyin məlumatında qeyd edilir.

O da bildirilir ki, Baş Müfəttişlik bu faktla bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə