Prezident Julius Maada Bio Vellinqton bölgəsində yanacaq daşıyan tankerin başqa bir avtomobillə toqquşması nəticəsində baş verən qəzadan sonra bölgəyə baş çəkib.
Prezident Bio ərazini ziyarəti zamanı mətbuata açıqlamasında paytaxtda baş verən faciənin üzücü olduğunu bildirib. Qəzada 101 nəfərin öldüyünü ifadə edən Bio: “Xəstəxanada yerləşdirilmiş 100-dən çox yaralının müalicəsi üçün lazımlı üçün əllərindən gələn səyi edən ölkə üzrə tibb işçilərinə təşəkkür edirəm”.
Prezident Bio dövlət televiziya kanalına müsahibəsində isə yanacaq tankeri qəzasında həyatını itirənlərin xatirəsinə bu gündən ölkədə 3 günlük matəm elan edildiyini bildirib. Bunun Syerra Leonealılar üçün düşüncə anı olmasının lazım olduğunu ifadə edən Bio, dini liderləri həyatını itirənlərin ruhuuna dua etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB