30 min britaniyalı koronavirusa yoluxub

30 min britaniyalı koronavirusa yoluxub

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 30 305 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 301 909 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 62 nəfər, hazırkı dövrədək isə 141 805 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə