İrlandiya polisi şübhəlini həbs edilib...

İrlandiyada İngiltərə parlamentinin üzvünü öldürməklə hədələyən şəxs saxlanılıb
İrlandiya polisi şübhəlini həbs edilib...

İrlandiya polisi Britaniya parlamentarisini öldürməklə hədələdiyi iddia olunan britaniyalını saxlayıb.

Bu barədə yerli “Irish Times” qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü səhər saatlarında Kork qraflığında 41 yaşlı kişini saxlayıb. Əməliyyata 15-ə qədər polis cəlb olunub və onlar kişini sorğu-sual üçün polis bölməsinə aparıblar.

Güman edilir ki, həmin şəxs oktyabrda Britaniyanın Leyborist Partiyasının rəsmisinə zəng edərək onu öldürməklə hədələyib. Sonra Britaniya polisi irlandlarla əlaqə saxlayıb və həmin şəxs haqqında məlumat verib.

Yerli “thejournal.ie” qəzetinin məlumatına görə, İrlandiya polisi həbsi təsdiqləyib.

“Duqlasda polis bu gün səhər, şənbə günü yaşayış binasında qərarı verib. Axtarış zamanı bir neçə elektron cihaz ələ keçirilib və bu yurisdiksiyadan kənar şəxsi hədələməkdə şübhəli bilinən (41 yaşlı) bir kişi saxlanılıb”, – İrlandiya hüquq-mühafizə orqanlarının sözçüsü bəyanat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com