“Bizdə vəziyyət fəlakətə doğru gedir”

“Bizdə vəziyyət fəlakətə doğru gedir”

“...Bu gün Ermənistanda koronovirus pandemiyası ilə bağlı fəlakətli vəziyyət yaranıb. Nisbi rəqəmləri götürsək,

onda yoluxanların sayı, ölənlərin sayı və 100 nəfərə düşən peyvəndlərin sayı bərabərdir. Belə görünür ki, biz indi ən pislər sırasındayıq”.

Deyim ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.

“Beləliklə, Ermənistanda virusa yoluxanların sayı dünya üzrə orta göstəricidən 2,95, ölənlərin sayı 3 dəfə çox olduğu halda, peyvənd olunanların sayı isə 5,8 azdır. Belə bir fəlakətli vəziyyət ölkədə sistemli addımlar atmağı tələb edir. Amma atılırmı, baxın, bu gün bizim prezident turizm və mənasız müsahibələrlə məşğuldur, Hökumət və Səhiyyə Nazirliyinin rəhbəri isə ancaq peyvənddən danışır”. Bunu da sabiq baş nazır yazıb.

Baqratyanyana görə, hökumət ölkəni gözləyən fəlakətə qarşı ilk addımlar olaraq, heç olmasa, İrəvandakı restoran və kafeləri bağlamağı məsləhət görür. Azsaylı turist qəbulunu dayandırmağa çağırır. Ölkənin dərman bazarında işləri qaydaya salmağı tövsiyə edir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə