Ölüm riskini iki qat artıran gen kəşf edildi

Ölüm riskini iki qat artıran gen kəşf edildi

Oksford Universitetinin alimləri Covid-19-dan ağciyər çatışmazlığı və ölüm riskini ikiqat artıran gen aşkar ediblər. SİA xarici mətbuata istinadən bildirir ki, Cənubi Asiya əsilli insanların 60 faizi və Avropa əsilli insanların 15 faizi bu genin yüksək riskli versiyasını daşıyır. Vaksinasiyanın vacib olduğu və bu riskləri əhəmiyyətli dərəcədə azaltmağa kömək etdiyi vurğulanıb. Əvvəlki genetik araşdırmalara əsaslanaraq, tədqiqatçılar artan risklərdən məsul olan “LZTFL1” adlı geni dəqiq müəyyən etmək üçün süni intellekt və yeni molekulyar texnologiyanın birləşməsindən istifadə ediblər.

Qeyd edək ki, genin pozulmuş versiyasının Afrika-Karib dənizi mənşəli insanların təxminən 2 faizində və Şərqi Asiya xalqının 1,8 faizində olduğu təxmin edilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə