Covid-19 peyvəndi olmayanlara qadağalar tətbiq ediləcək

Covid-19 peyvəndi olmayanlara qadağalar tətbiq ediləcək

Noyabrın 8-dən etibarən Avstriyada yeni növ koronavirus (Covid-19) peyvəndi olmayan şəxslərə kafe, restoranlar, fərdi qulluq mərkəzləri, otellər və xəstəxanalara giriş icazəsi verilməyəcək. SİA xarici mətbuata istinadən bildirir ki, ölkədə peyvənd sertifikatları 12 ay deyil, 9 ay qüvvədə olacaq. Bütün qapalı ərazilərdə maskalarının istifadəsi yenidən məcburi hala salınıb. Avstriyada son 24 saatda 9 min 388 yeni yoluxma aşkar edilərkən, ümumi yoluxma sayı 865 min 390-a yüksəlib. Virusdan həyatını itirənlərin sayı isə 32 artaraq 11 min 451-ə çatıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə