Valter Ratenau medalı Angela Merkelə cümə günü görkəmli siyasi nailiyyətlərinə görə verilib. SİA xəbər verir ki, mükafat laureata Berlindəki “Deutsche Bank Atrium”-da təqdim olunub.
Mərasimdə Almaniya kansleri Angela Merkel, “Deutsche Bank AG” İdarə Heyətinin sədr müavini Karl von Rohr, “Valter Rathenau” İnstitutunun rəhbəri Hartmut A. Jung, “Kembric” Universitetinin professoru Ser Kristofer Klark, tanınmış aktyor Kristian Berkel, digər aktyorlar iştirak ediblər.
“Deutsche Bank AG”-nin İdarə Heyətinin sədr müavini Karl fon Rohr öz salamlama nitqində bu il “Valter Ratenau” mükafatının “xüsusi əhəmiyyətindən” danışıb. O, bu yay Əfqanıstanda baş verən dramatik hadisələri xatırladıb, xarici siyasətin təsirinin getdikcə daha çox insan həyatının digər sahələrinə və hissələrinə yayıldığını vurğulayıb. Von Rohr xarici siyasəti kansler Angela Merkelin "xüsusilə güclü nöqtəsi" adlandıraraq, onun Avropa böhranının həllindəki rolunu, habelə kəskin münaqişələri həll etmək üçün "prezidentləri masa arxasında əyləşdirmək" bacarığını xatırladıb. O, Merkelin “müdrik praqmatizmini”, “çətin qərarlar zamanı mənəvi kompas”a daim sadiq qalması barədə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın sözlərini misal gətirib. “Valter Rathenau” İnstitutunun rəhbəri Hartmut A. Jung, "Avropada və dünyada dərin hörmətə" malik olan Merkelin nüfuzu haqqında danışıb.
“Siz dörd Amerika, dörd Fransa, iki Rusiya prezidenti, iki Çin lideri və dörd Böyük Britaniyanın baş naziri ilə işləmisiniz. Müəyyən dərəcədə siz Almaniyanın müasir tarixini və beynəlxalq siyasəti təcəssüm etdirirsiniz”, deyə Merkelə müraciət edən çıxışında tanınmış tarixçi, professor Kristofer Klark bildirib.
Xatırladaq ki, “Valter Ratenau” alman siyasətçisi, sənayeçi, Veymar Respublikasının xarici işlər naziri olub və “Valter Ratenau” İnstitutu hər il onun adına medal verir.
Qeyd edək ki, onun müxtəlif vaxtlarda sahibləri Hans-Ditrix Genşer, Şimon Peres, Hillari Klinton, Donald Tusk və digər siyasətçilər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB