"...Əgər təhlükəsizliyinizi təmin edənlərlə əhatə olunmusunuzsa, bu halda səxavətli olmaq lazımdır, yoxsa pul verdklərin səni yaxşı qoruya bilməz”. Deyim ki, bu fikirlər təqribən 500 il bundan əvvəl yaşamış italyan filosof Nikkolo Makiavelliyə məxsusdur. Ermənilər bu misalı baş nazirləri Nikol Paşinyana rəşmən çəksələr də, amma belə görünür ki, bunu elə-belə çəkmirlər.
Belə ki, onlar baş nazir Nikol Paşinyanın gələn il ölkənin polis və Milli Təhlükəsizlik Xidməti əməkdaşlarına ayrılan vəsaiti artırmaq niyyətində olduğu barədə “duyuq düşüblər”. Məsələ bundadır ki, bunu absurd hesab edən ermənilər hətta bunu gözlərinin qabağında baş verən cinayət kimi təqdim etməkdən də çəkinmirlər. Doğrudan da, bu necə olur, müharibə zamanı ağır itki verən erməni ordusunun maliyyəsi azaldılır... və vəsaitin çoxu müharibə vaxtı fərarilik edən asayiş keşikçilərinə tərəf yönəldilir. Maraqlıdır ki, bu yaxınlarda ermənilərin ədliyyə nazirliyi təkliflə çıxış edərək baş prokuror və onun 4 müavininə hər ay maaşlarının 90-120 faizi məbləğində əlavə ödəniş edilməsini tələb edib. Bəli, məhz tələb edib. Səbəb də gətiriblər ki, bu gün onlar Nikol kiomandasında çalışıb, ona xidmət etməklə, həyatlarını, bir növ, risk altına atmış olublar.
Hə, indi Nikol yazıq neyləsin? Ermənilərin irad tutub deyinmələri ilə deyil axı. Dünya təcrübəsində belədir: ölkənin birinci şəxsi yaxşı qorunmalıdır. İndi yenə də nə olsun ki, bəzi ermənilər durub, ölkənin prokurorluq əməkdaşlarının əksəriyyətinin korrupsiyaya qurşandığını deyirlər. Deməli, bu gün prokurorluq əməkdaşları bu tələbi irəli sürürlərsə, deməli, ehtiyacları var. Ona gorə də, ölkədə polisdi, daha nə bilim Milli Təhlükəsizlik Xidməti əməkdaşlarıdır...bunları narazı salmaq olmaz.
Yeri gəlmişkən yadınızda olar, vaxtilə siz ermənilər pulunun olmaması ilə bağlı Paşinyanın açıq şəkildə təvazökar olduğunu deyirdiniz. İndi də deyirsiniz ki, ölkənin açıq, aşkar soyğunçuluğu 3 il yarımdan çoxdur ki, davam edir. Sonra da bu hakimiyyətin küçədən gələn nümayəndələrinin əksəriyyətinin artıq dollar milyonerinə çevrildiyini deyirsiniz. Belə görünür ki, indi sizin çoxunuz həmin o kücədən gələnlərə qibtə, mən deyərdim lap paxıllıq eləməyə başlamısınız. Əksəriyyətiniz isə, həmən ərəfədə Nikolla yaxınlılq emədiyinizə görə özünü təqsirkar bilir. Gizlətməyin, bu artıq açıq şəkildə sezilməkdədir. Amma mən sizə bir şeyi, Nikolun hələ o vaxt küçələrdə mininq keçirərkən səsləndirdiyi “Ermənistanda pul həmişə hakimiyyətin bir hissəsi olub” fikrini xatırlatmaq istəyirəm.
...İndi sizin baş nazirinizə irad tutub, onu pul bölgüsündə “haqsızlıq” etməsinə irad tutmanızla deyil axı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB