Astronomlar qalaktikada su molekulu aşkar ediblər

Astronomlar Yerdən 12,8 milyard işıq ili uzaqlıqdakı qalaktikada əsas həyat mənbəyi olan su molekullarını aşkar etdiklərini açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kainatın cəmi 780 milyon yaşında olduğu kimi müşahidə oluna bilən “SPT0311-58” nəhəng qalaktikasında bir sıra molekullar tapılıb. Su kainatda molekulyar hidrogen və karbonmonoksitdən sonra üçüncü ən bol molekuldur.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə