Gündəlik yoluxma sayı 6 min nəfərə çatır

Gündəlik yoluxma sayı 6 min nəfərə çatır

Ötən 24 saat ərzində İtaliyada COVID-19-a yoluxanların sayı 5905 nəfər artaraq ümumilikdə 4 milyon 788 min 704-ə yüksəlib.

SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusun qurbanlarının sayı isə 59 nəfər artaraq 132 min 283-ə çatıb.

Son 24 saatda İtaliyada 514 min 629 test icra olunub. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 87 min 376 nəfərdir. Virusdan sağalanların sayı isə 3754 nəfər artaraq 4 milyon 569 min 45 olub.

2020-ci il dekabrın 27-dən bu vaxtadək İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində 90 milyon 245 min 815 nəfər peyvənd olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı 44 milyon 924 min 109 nəfərdir.

Ölkədə 12 yaşdan yuxarı əhalinin peyvənd olunma nisbəti isə 83,1 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə