İtaliya prezidenti artıq 3-cü dozanı vurdurub

İtaliya prezidenti artıq 3-cü dozanı vurdurub

80 yaşlı İtaliya Prezidenti Serjio Mattarella Romada Lazzaro Spallanzani adına Milli Yoluxucu Xəstəliklər İnstitutunda koronavirua qarşı peyvəndin 3-cü dozasını vurdurub.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezidentin Kvirinal Sarayının mətbuat xidməti məlumat yayıb.

Hansı ölkənin istehsalı olan peyvənddən istifadə edildiyi açıqlanmayıb. Lakin "ANSA"nın məlumatına görə, Mattarellaya vurulan peyvənd ABŞ-ın “Moderna” şirkətinə məxsus olub.

Bütün xəbərlər Facebook səhifəmizdə