ABŞ Səudiyyə Ərəbistanına 650 milyon dollara 280 ədəd “hava-hava” raketi satmaq niyyətindədir.
Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.
“Dövlət Departamenti Səudiyyə Ərəbistanına təqribən 650 milyon dollar dəyərində orta mənzilli “hava-hava” raketləri və müvafiq avadanlığın mümkün satışını təsdiqləyib”, – məlumatda qeyd olunur.
Bildirilir ki, Səudiyyə Ərəbistanı ABŞ-dan 280 raket, 600-ə yaxın köməkçi avadanlıq satmağı xahiş edib. Vaşinqton, həmçinin Ər-Riyadı “596 LAU-128” reaktiv yaylım atəşi ilə təchiz edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB