Peyvənd olunmayanlar işdən qovulacaq

Peyvənd olunmayanlar işdən qovulacaq

Latviya parlamenti yekun oxunuşda COVID-19-un yayılmasına nəzarət haqqında qanuna düzəlişləri qəbul edib.

Dəyişikliklərin lehinə 52 deputat, əleyhinə 27 deputat səs verib, 2 deputat bitərəf qalıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Düzəlişlər işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir.

Həmçinin işəgötürənin işçidən COVID-19 sertifikatı tələb etmək hüququ var. İşçi 10 iş günündən gec olmayaraq peyvənd olunmağa borcludur. Noyabrın 15-dək işçi peyvənd prosesinə başlamazsa və ya başa vurmazsa, o zaman işəgötürənin onu işdən çıxarmaq hüququ olacaq.

Bundan əlavə, işəgötürən, özəl sektorda çalışan işçinin işdən çıxarılması halında onun maaşını saxlaya bilər. Dövlət sektorunda bu seçim təmin edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə