Nigerdə mer də daxil olmaqla 60 sakin öldürülüb

Nigerdə mer də daxil olmaqla 60 sakin öldürülüb

Nigerin cənub-qərbində yerləşən Banibanqu kommunasında kəndə silahlı hücum nəticəsində 60-a yaxın sakin öldürülüb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum çərşənbə axşamı Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina Faso ilə dövlət sərhədi olan ərazidə baş verib.

“Ümumilikdə, təxminən 60 nəfər həlak olub, 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçıb. Ölənlər arasında Banibanqu şəhərinin meri də var, onun cəsədi tapılıb”, - adının açıqlanmasını istəməyən deputat bildirib.

Mənbənin məlumatına görə, hücumu “Böyük Saharada İslam dövləti” terror qruplaşmasının yaraqlıları həyata keçirib.

Qeyd edək ki, bölgədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar fəaliyyət göstərir.

2014-cü ildə Fransa bu ərazilərdə “Barxan” antiterror əməliyyatına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə