Koronavirusdan ölənlərin sayı 6500-ü ötüb - ERMƏNİSTANDA

Koronavirusdan ölənlərin sayı 6500-ü ötüb - ERMƏNİSTANDA

Ermənistanda daha 2 330 nəfərdə koronavirus aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 315 004 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 41 nəfər ölüb. Bununla da ölənlərin sayı 6532-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə