Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 246 nəfər dünyasını dəyişib.
SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 363 238 nəfər test aparılıb. 29 764 nəfərin koronavirus testi pozitiv nəticə verib, 33 366 nəfər müalicə olunaraq sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 831 329 peyvənd tətbiq edilib ki, bunun 89,44 faizi birinci, 78,83 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB