Ötən il 62 jurnalist iş başında öldürülüb

Jurnalistlərə qarşı törədilən hər 10 cinayətdən 9-u cəza almayıb
Ötən il 62 jurnalist iş başında öldürülüb
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibi Antonio Quterreş 2 Noyabr - Jurnalistlərə Qarşı Cinayətlərə Cəzasızlıqla Mübarizə Beynəlxalq Günü münasibətilə yaydığı video-mesajında bildirib: "Yanlışları araşdıran və doğruları söyləyən jurnalistlər olmadan heç bir cəmiyyət azad ola bilməz.

SİA bu barədə türk mətbuatına istinad edir.

Ötən il 62 jurnalist vəzifəsi başında öldürülüb. Son illər sui-qəsd və insan haqları pozuntularını araşdırarkən öldürülən jurnalistlərin sayının artdığı diqqət çəkir.

Jurnalistlərə qarşı törədilən hər 10 cinayətdən 9-u cəza almayıb.

Jurnalistlər işlərini görərkən qaçırılma, hədələnmə və işgəncə kimi təhdidlərlə də qarşı-qarşıya qalır.

Bütün ölkələrə tövsiyyəm budur ki, jurnalistlərə qarşı cinayətlərlə bağlı istintaqlara nəzarət edilsin və günahkarlar cəzasız buraxılmasın”.

Bütün xəbərlər Facebook səhifəmizdə