Çanaqqala şəhidlərinin xatirəsi yad edilib

Çanaqqala Döyüşləri zamanı İngiltərə və Fransa donanmasının gəmilərinin 3 noyabr 1914-cü ildə 16 dəqiqə davam edən bombardmanı nəticəsində Seddülbahir qalasında şəhid olan 5 zabit və 81 sıravi əsgərin xatirəsi yad edilib.
Çanaqqala şəhidlərinin xatirəsi yad edilib

“Çanaqqala döyüşləri Gelibolu Tarixi Alan Rəbərliyi” tərəfindən Seddülbahir qalasının girişində yerləşən ‘3 Noyabr Şəhidliyində’ anım mərasimi keçirilib. Mərasimdə çıxış edən “Çanaqqala Döyüşləri Gelibolu Tarixi Alan Rəhbərliyinin” sədri İsmayıl Kaşdəmir 3 noyabr 1914-cü ilin, Çanaqqalada ilk şəhidlərin verildiyi tarix olduğuna diqqət çəkib. Bu tarixin Çanaqqala üçün böyük əhəmiyyət daşığınını ifadə edən Kaşdemir: “Bu gün şəhidlərimizi dəfn edildikləri bu məkanda daha bir dəfə hörmət, rəhmət və minnətlə yad edəcəyik. Bu torpağı vətənimizə çevirmiş bütün əcdadlarımızın ruhu şad olsun”. SİA bu barədə türk mətbuatına istinad edir.

Mərasimdə Çanaqqala müharibəsində şəhid olan əsgərlər üçün dualar oxunduqdan və qəbiristanlığa qərənfillər qoyulduqdan sonra “Çanaqqala Dastanı Təqdimət Mərkəzində” “1915 Çanaqqala Döyüşləri Osmanlı Formaları Sərgisi”nin açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə