Payiz-qiş mövsümü çətin keçəcək BAŞ NAZİRİN ETİRAFLARI

Payiz-qiş mövsümü çətin keçəcək BAŞ NAZİRİN ETİRAFLARI

Ölkədə enerji resursları ilə bağlı vəziyyətlə əlaqədar olaraq, payız-qış dövrü Ukraynada çətin keçəcək. SİA xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal çərşənbə günü hökumətin iclasında etiraf edib.

O, qeyd edib ki, hökumət bu çətinliyi aradan qaldırmaq üçün müxtəlif ssenarilər hazırlayır.

Bir qədər əvvəl Şmıqal bildirmişdi ki, Avropada enerji böhranı fonunda ölkədə istiliyin lazım olduğu mövsümə tam hazırdır və qışda bütün ölkə isti olacaq.

"Bizim hamımızın qarşısında bütün ölkəni isti saxlamaq üçün kifayət qədər enerji resursları ilə təmin etmək vəzifəsi dayanıb. Dünyada enerji böhranı, Çində işıqların kəsilməsi, Avropada müəssisələrin bağlanması var.Bütün bunlar bu böhranın nəticələridir və enerji qiymətləri də bu böhranın nəticəsidir. Avropada qazın, kömürün qiyməti keçən illə müqayisədə ən azı 3 dəfə artıb. Ona görə də açıq deyək ki, payız-qış dövrü çətin keçəcək”, deyə Şmıqal hökumətin iclasında bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın "Həyat Uğrunda - Müxalifət platforması" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuk bildirmişdi ki, Ukraynada enerji böhranı yaranıb, çünki ölkə əhalini və müəssisələri enerji resursları ilə təmin etməyə hazır deyil. Ukraynanın müxalif “Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko da bildirib ki, Ukraynada genişmiqyaslı enerji böhranı gedir və hesab edir ki, ölkədə enerji sektorunda fövqəladə vəziyyət tətbiq edilməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə