Lavrov Afrika İttifaqı Komissiyasının rəhbəri ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 16-da Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə görüşəcək. SİA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya çərşənbə günü brifinqdə deyib.

"Noyabrın 16-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 16-dan 18-dək Moskvada işgüzar səfərdə olacaq Afrika İttifaqı komissiyasının sədri ilə görüşəcək", deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, əsas diqqət Rusiya-Afrika sammiti çərçivəsində Rusiya Federasiyası hökuməti ilə Afrika İttifaqı arasında münasibətlərin və əməkdaşlığın əsaslarına dair anlaşma memorandumunun həyata keçirilməsinə yönəldiləcək.

“Rusiyanın xarici işlər naziri və Afrika İttifaqı Komissiyasının nümayəndəsi Rusiya ilə Afrika İttifaqı arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, o cümlədən sülhməramlılıq, təhlükəsizlik, təlim, həmçinin təhsilin inkişafı, elm və texnologiyaları müzakirə etməyi planlaşdırır”, deyə Zaxarova əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə