Ümid yenə də borca getməyə qalır...

Ümid yenə də borca getməyə qalır...

...Ötən gün Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan dövlət borcunun ÜDM-ə nisbətinin 60 faizi keçərək 63,5 faizə çatdığını bildirib. Erməni məmur, gələn il bunu aşağı salmaq üçün “nəsə” etmək lazım olduğunu da istisna etməyib. Amma onun “nəsə” etməsinin kökündə nə dayandığı hələ də bir çox erməni üşün müəmma olaraq qalmaqdadır.

Məsələ bundadır ki, Tiqran Xaçatryan özü də erməni əhlinin cüzi pensiya və ya maaşla bundan sonra da dözüb yaşamağa davam edəcəyinə şübhə edir.

Qeyd edilməlidir ki, bu gün erməni əhalisi arasında hökm edən yoxsulluğu aradan qaldırmaq üçün ölkə məmurlarının maaşlarını və ya dövlət aparatının xərclərini azaltmaq hesabına nəyəsə nail olmaq mümkün deyil. Təbii ki, bunu maliyyə naziri də yaxşı bilir. Ona görə də o yenə də vəziyyətdən “çıxış yolu”nu sosial xərcləri artırmadan yeni borclar cəlb etməklə həyata keçirməkdə görür.

Yeri gəlmişkən, xatırlamış olarsız, bir müddət bundan əvvəl 2022-ci ilin büdcəsinin xüsusiyyətləri barədə danışan Nikol Paşinyan gələn il üçün Ermənistanda iqtisadi artımın 7 faiz olacağınız proqnozlaşdırmışdı. Maraqlıdır ki, Nikolun bu məqsədə çatmağı reallaşdıran amilləri göstərməsi çoxlarına elə də inandırıcı görünmür.

Bunu, bəzi erməni iqtisadçıları daha çox, “təsadüfi uğurun yol azaraq gəlib Nikolu tapmasına” bənzədirlər. Amma Nikol hələ də israrla bu il ölkədə ödənişli iş yerlərinin sayında “tarixi rekorda” imza atdığını bildirir. Bununla yanaşı, sən demə, bu il ölkənin tikinti sənayesində 7, xidmət sektorunda isə 5 faiz artım olub. Hətta Ermənistan hökuməti bu il ixracatda da 20 faizlik artıma imza atıb. Nikolun dediyinə görə, onun bu “uğuru” təkcə təbii sərvətlərin hasilatı hesabına deyil, həm də hazır məhsulların ixracı hesabına əldə edilib.

...No! Yenə də bu Nikola “qənim kəsilən” bəzi erməni iqtisadçıları olmaya... Məsələn, onlar iddia edirlər ki, bu gün baş nazırin ixracda ən təsirli artımı “sənət əsərləri” məhsulu bölməsində qeydə alınmalıdır. Onlara görə, bu il belə malların ixrac adı altnda ölkədən aparılması ötən illə müqayisədə 2,4 dəfə çox artıb. Yəni bu il ağac və ağac məmulatlarının ixracı 48 faiz artıb ki, bu da, yeri gəlmişkən, təbii sərvət kimi qəbul edilməlidir. Ermənilərə görə, bu, heç də ümidverici hal sayıla bilməz.

Çünki, Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib. Təbii ki, bu gün bizim Ermənistandakı meşələri qırıb satdığımız onların qulaqlarına çatarsa, bu halda bizə verilən minnətli borcdan da olarıq...

...Amma, deyəsən, maliyyə naziri Tiqran Xaçatryan doğru deyir, Ermənistan gələn il də borcsuz keçinə bilməyəcək, yəni ümid yenə də İrəvanın borca getməsinə qalır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə