Konqresmen maskadan imtina etdiyi üçün cərimə olunub 48 MİN DOLLAR
Məhşur konqresmen, Corcia Ştatından olan respublikaçı Marcori Teylor Qrin Nümayəndələr Palatasında qoruyucu maska taxmaqdan imtina etdiyinə görə artıq 48 min dollar cərimələnib. SİA xəbər verir ki, bu barədə artıq CNN-in məlumat yayıb.
Telekanal Nümayəndələr Palatasındakı parlament icraçısının ona daxil olan məktubuna istinadən məlumat verir ki, Qrin ən azı 20 dəfə cərimələnib, konqresmenə ilk xəbərdarlıq may ayında olunub.
Qeyd olunur ki, ilkin cərimə 500 dollar idi, lakin sonradan hər bir pozuntu 2500 dollara başa gəlib.
Xatırladaq ki, Qrin sui-qəsd nəzəriyyələrini təbliğ etməklə və prezident Co Baydenə impiçment təklif etməklə tanınan keçmiş ABŞ prezidenti Donald Trampın fəal tərəfdarıdır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB