“Bizi qarşıda post-seçki inqilabı gözləyir”

"Gürcüstan seçki sonrası inqilab astanasındadır”.

Bu barədə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin feysbuk hesabında paylaşılan məktubda yazılıb. SİA rus mətbuatına istinad edir.

“Oktyabrın 30-u Gürcüstanda seçki inqilabı oldu. İnsanlar seçki qutularında avtoritarizmə qalib gəldilər. İndi bizi qarşıda seçki inqilabının nəticələrini formalaşdıracaq post-seçki inqilabı gözləyir”, – deyə məktubda vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turundan sonra Saakaşvili müxalifəti etiraz əlaməti olaraq parlamenti tərk etməyə çağırıb. “Vahid Milli Hərəkat” partiyası başda olmaqla müxalifət birliyi seçkilərin saxtalaşdırıldığını iddia edərək seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə