Peyvənd olunmayan Radaya buraxılmayacaq

Peyvənd olunmayan Radaya buraxılmayacaq
Ukrayna Ali Radası karantin müddətində yalnız koronavirusa qarşı peyvənd olunmuş və ya COVID-19 testi mənfi çıxan şəxslərin parlament binalarına buraxılmasına icazə verən qərar qəbul edib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qərara görə, parlamentin inzibati binalarına deputatların, aparat əməkdaşlarının, məsləhətçilərin və digər ziyarətçilərin, habelə KİV nümayəndələrinin buraxılmasına yalnız müvafiq sənəd olduqda icazə verilir.

Radanın spikeri Ruslan Stefançuk bildirib ki, noyabrın 1-i səhər saatlarına olan məlumata görə, 7 deputat və parlament aparatının 21 əməkdaşı koronavirusa yoluxub. Onun sözlərinə görə, peyvənd olunmuş deputatların sayı COVID-19 sertifikatları yoxlanıldıqdan sonra məlum olacaq.

“Biz peyvənd olunmuş deputatların sayını monitorinq aparandan sonra biləcəyik və hər bir deputat xüsusi buraxılış alacaq. Çünki onların hər biri ya peyvənd sertifikatını təqdim etməlidir, ya PCR, ya da sürətli testdən keçməlidir”, – deyə spiker bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB