BMT-nin Baş katibi Efiopiyadan narahatdır

BMT-nin Baş katibi Efiopiyadan narahatdır

"BMT-nin Baş katibi Antonio Qutereş Efiopiyada zorakılığın artması və bir necə saat öncə ölkədə fövqəladə vəziyyətin elan edilməsindən son dərəcə narahatdır. Efiopiyanın və daha geniş regionun sabitliyi təhlükə altındadır”.

Bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. O, BMT Baş katibinin maraqlı tərəfləri dərhal dialoqa çağırdığını deyib:

“Baş katib bölgədə davam edən hərbi əməliyyatların dərhal dayandırılmasını, təcili xilasedici yardımın çatdırılması üçün məhdud humanitar çıxışa son qoyulmasını tələb edir. O, mövcud böhranı sonlandırmaq, bütün ölkədə sülh və sabitlik üçün zəmin yaratmaq məqsədi ilə tərəfləri milli dialoqa çağırır”.

Bütün xəbərlər Facebook səhifəmizdə