İraqda 400-ə yaxın adam qidadan zəhərlənib

İraqda 400-ə yaxın adam qidadan zəhərlənib

İraqın şərqindəki Maysan əyalətində 400-ə yaxın adam falafel olduğu güman edilən qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. SİA bu barədə rus mətbuatına istinad edir.

Daha əvvəl 250-yə yaxın insanın zəhərləndiyi bildirilirdi.

Hazırda zəhərlənən 396 nəfərdən 17-si reanimasiya şöbəsindədir, vəziyyətləri ağırdır, bir nəfərsə dünyasını dəyişib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda “Atşan” restoranının sahibi və digər 6 şübhəli şəxs faktla bağlı saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com