Efiopiya Nazirlər Şurası dinc sakinləri Tiqrayın Azadlığı Uğrunda Xalq Cəbhəsinin üsyançılarından qorumaq üçün ölkə daxilində fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, bu barədə Fana radiostansiyası məlumat yayıb.
“Nazirlər Şurası 2 noyabr 2021-ci il çərşənbə axşamından etibarən bütün ölkə ərazisində fövqəladə rejim tətbiq ediləcəyini elan edib. Fövqəladə vəziyyət bəzi yerlərdə terror qruplaşmasının törətdiyi vəhşiliklərdən mülki əhalinin qorunmasına yönəlib”, deyə radiostansiya bildirib.
Qərarın 24 saat ərzində Xalq Nümayəndələri Palatası (parlamentin aşağı palatası) tərəfindən təsdiqlənməsi gözlənilir.
Efiopiya hakimiyyəti bazar ertəsi bildirib ki, Tiqrayın Azadlığı üçün Xalq Cəbhəsinin üsyançıları ölkənin şimalındakı Kombolça şəhərində 100-dən çox sakini öldürüb.
Qeyd edək ki, Şimali Efiopiya 2020-ci ilin noyabrından münaqişənin episentrindədir. Ölkə hakimiyyəti Efiopiyanın siyasi həyatında təxminən otuz il hökmranlıq edən Tiqrayın Azadlığı üçün Xalq Cəbhəsini hərbi bazaya hücumda günahlandırıb və qonşu Eritreanın dəstəyi ilə Tiqrayda əməliyyata başlayıb.
Xatırladaq ki, 2021-ci ilin yazında Efiopiya hakimiyyəti Eritreyanın qoşunlarını Tiqraydan çıxardığını elan edib. İyun ayında Tiqraydakı üsyançılar bölgənin inzibati mərkəzi olan Mekele şəhərini ələ keçiriblər və Efiopiya hökuməti qeyd-şərtsiz atəşkəs elan edib. Lakin sonradan üsyançılar yeni hücuma keçdiklərini və Tiqrayın cənubunun böyük bir hissəsinə nəzarət etdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB